İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldı

İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldı


20:43     17 Yanvar 2019 19_01_17_1547742772.jpg

Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları dayandırılıb.
Bu barədə Femida.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hər hansı bir xəbər gəldiyi təqdirdə müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşı olub.

Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 235