"Bu il Qarabağla bağlı ümidvarıq" - Polad Bülbüloğlu
21:50 17 Yanvar 2019
"Azərbaycan bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atılacağına ümidvardır".
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun illərdir substantiv danışıqlar aparılmasının vacibliyini dönə-dönə qeyd edir: "Milanda əldə olunan qarşılıqlı anlaşmanın intensiv, nəticəyə yönələn dialoq üçün sanballı bünövrəyə çevriləcəyinə ümid bəsləyirik. Mövcud vəziyyətin yolverilməz olduğu göz qabağındadır, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
“Bütün regionun iqtisadi inkişafı üçün maneə olan bu uzunmüddətli münaqişənin ədalətli həlli üçün cari ildə, nəhayət, konkret addımlar atılacağına inanırıq. Münaqişənin tezliklə aradan qaldırılması bütün regionun dayanıqlı inkişafına, nəqliyyat dəhlizlərinin genişlənməsinə, turizmin daha geniş vüsət almasına şərait yaradacaq. İqtisadi inkişafın sürətlənməsi, maddi rifahın yüksəlməsi uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik üçün imkanlar açacaq”, - deyə səfir qeyd edib.
Femida.az
Oxunub: 491
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir