Azərbaycana kərə yağı idxalı azalıb


22:20     17 Yanvar 2019 kere%20yagi.jpg

2018-ci ildə ölkəyə 12 min 115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Femida.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, il ərzində idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 69 milyon 690 min ABŞ dolları olub.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycana dəyəri 66 milyon 900 min dollar olmaqla 13 min 811 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 401