Azərbaycan ən çox bu ölkələrə məhsul göndərib


23:15     17 Yanvar 2019 2019/01/73B32586-6639-42E2-AC56-F6CA9B747881_1547756038.jpeg

2018-ci ildə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 879 milyon 775 min ABŞ dolları, Türkiyəyə 1 milyard 825 milyon 981 min dollar, İsrailə isə 1 milyard 310 milyon 824 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 6 milyard 219 milyon 861 min dollar, Türkiyə ilə 3 milyard 402 milyon 846 min dollar, Rusiya ilə isə 2 milyard 550 milyon 906 min dollar təşkil edib.


Femida.az

Açar sözlər:

Oxunub: 343