Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı


00:11     18 Yanvar 2019 qadin%20zorakiligi.jpg


Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb.

Femida.az xəbər verir ki, bu barədə sputnik.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib. Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.

Qeyd edək ki, zərərçəkmiş kafe-restoranda qabyuyan işləyir.

Oğlan qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb.

Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. Polislər qadının qışqırıq səsini eşidərək onun köməyinə qaçıblar. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.

Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1554