Kolumbiyada üç günlük matəm elan olunub


09:09     18 Yanvar 2019 2019/01/86D8ED7B-E391-47D5-8505-27A74E3A98A7_1547787161.jpeg

Kolumbiya prezidenti İvan Duke paytaxt Boqotada ötən gün törədilmiş terror aktında ölənlərlə əlaqədar üçgünlük matəm elan edib.

Femida.az "Report"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı xalqa müraciətində bildirib.

"Terror aktı anından biz həlak olanların ailələrinə bütün lazımi köməyi göstəririk, hamıya sevgimi, minnətdarlığımı ifadə edirəm. Və biz onların şərəfinə üçgünlük milli matəm elan edirik", - deyə Duke bildirib.

Dövlət başçısı həmçinin əlavə edib ki, kolumbiyalılar güclü və birləşmiş millətdir. "Bütün kolumbiyalılar terrorçuluğu rədd edirlər. Biz onlara fəaliyyətimizin qətiyyəti hesabına qalib gələcəyik, biz onlara vətəndaş əməkdaşlığı nəticəsində qalib gələcəyik. Biz qalib gələcəyik, vahid cəmiyyət olaraq", - deyə prezident vurğulayıb.

Qeyd edək ki, Kolumbiyanın paytaxı Boqotada törədilən partlayış zamanı 87 nəfər yaralanıb. Partlayışda ölənlərin sayı 11 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 436