Notariat kontorları ləğv edilir
10:43 18 Yanvar 2019
Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.
Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.
Fərmana əsasən, həmin qurumların xidmətləri yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.
Belə ki, bundan sonra notariusların həyata keçirdiyi dövlət xidmətləri Bakı şəhərində, habelə "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.
Femida.az
Oxunub: 806
Oxşar xəbərlər
- Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirildi
- Notariat əməliyyatları nəticəsində dövlət büdcəsinə 6,5 milyon manat köçürülüb
- Notariat ofisinə gedə bilməyən vətəndaşlara evində səyyar xidmət göstərilir
- Notariat Kontorundan pul oğurlandı
- Notariat hərəkətlərinin aparılması qaydaları dəyişdi - Baş nazir qərar imzaladı
- Notariat sahəsində islahatlara beynəlxalq maraq artır