Ötən gün 33 nəfər saxlanılıb - SƏBƏB


10:51     18 Yanvar 2019 2019/01/hebs-cinayet_1547794460.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 238