Kombi oğruları peyda oldu

Kombi oğruları peyda oldu


11:23     18 Yanvar 2019 2019/01/kombi2_1547796550.jpg

Qaradağ RPİ 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 149


Oxşar xəbərlər