Ana böyrəyini qızına bağışladı - Bakıda


12:01     18 Yanvar 2019 2019/01/Ana-q-1547796822_1547798537.jpg

Növbəti uğurlu böyrəkköçürmə əməliyyatı 28 yaşlı qadın pasiyent üzərində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.


Femida.az xəbər verir ki, cərrahın sözlərinə görə, xəstənin donoru – anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub: “Klinikamızın həkim-mütəxəssis komandası – cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazıldılar.”

Femida.az

Açar sözlər:

Oxunub: 498