Ərdoğan Türkiyənin danışdığı o qadına zəng etdi +VİDEO


12:01     18 Yanvar 2019 2019/01/erdogan-chp-li-imamoglu-na-sana-oy-yok-diyen-11654148_1885_m_1547798616.jpg

CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Rəisinə namizəd olan Əkrəm İmamoğluna "sənə səs yoxdur" deyərək Türkiyənin gündəminə düşən Məhruzə Kələş adlı qadın Ərdoğanla telefonla danışıb.


Femida.az xəbər verir ki, qeyd olunan dialoqla Türkiyədə məşhurlaşan Məhruzə xanıma gözlənilmədən prezident Ərdoğandan zəng gəlib. Ərdoğan ona "Sən Türkiyəni ağlatdın", deyərək İstanbula gələndə onunla görüşəcəyinə söz verib.




Xatırladaq ki, 60 yaşlı Məhruzə Keleş bazarda alış-veriş edərkən ona səs verməsini istəyən CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Rəisi vəzifəsinə namizəd olan Əkrəm İmamoğluna söylədiyi kəskin cavabları ilə məşhurlaşıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #Ərdoğan   #Video   #CHP  

Oxunub: 664