Nazirlik 17 yaşlı gəncə kömək etdi


12:20     18 Yanvar 2019 Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512.jpg

Daimi yaşayış və getməyə yeri olmayan 17 yaşlı gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbul edilib.


Femida.az xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib.

“Kərimov Məmməd (ad şərtidir) qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müəssisədə yaşayacaq və sosial xidmətlərlə təmin ediləcək. Bu müddətdə onun sosial reabilitasiyası üçün müvafiq işlər aparılacaq”, - nazirlik rəsmisi bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 313