"Mobil telefonlardakı hava proqnozu düzgün deyil" - ETSN rəsmisi


13:09     18 Yanvar 2019 19_01_18_1547802613.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyir ki, bununla yanaşı, həmin proqnozlara da baxılır və təhlillər aparılır.


“Müxtəif elektron qurğularda, telefonlardakı hava proqnozları hidrometroloqlar tərəfindən hazırlanmır”. Femida.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

“Bu proqram istehsalçılar tərəfindən hazırlanmış rəqəmsal proqramlardır. Onlardan ötürülən məlumatlar bizim tərəfimizdən verilmir. Ancaq, həmin proqnozlara da baxılır və təhlillər aparılır. Bir çox hallarda bizim proqnozlarla elektron qurğulardakı məlumatlar üst-üstə düşmür. Bizim proqnozlar ETSN-nin saytında daimi olaraq yenilənərək yerləşdirilir” - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 529