Bir neçə nəfərdən silah-sursat götürülüb


13:17     18 Yanvar 2019 silah.PNG

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bahadur Şirinovdan "Steçkin" markalı tapança, 2 ədəd patron darağı və 33 ədəd patron götürülüb.

Sabirabad RPŞ-nin əməkdaşları Suqovuşan kənd sakini Mansur Zərbəliyevdən müvafiq sənədləri olmayan "BUM" markalı ov tüfəngi götürüblər.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini N.Mahmudov tapdığı lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 264