Bakıda daha bir piyada ölümü


13:53     18 Yanvar 2019 piyada2.jpg

Yanvarın 17-də saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, nəticədə piyada hadisə yerində ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 346