"İfrat təhlükəli" hava nədir? - Nazirlik açıqladı


14:43     18 Yanvar 2019 ekologiya.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsində aydınlıq gətirib.



Femida.az-ın Azvision.az-a istinadən məlumatına görə, nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, təhlükəli hidrometroloji hadisələr müəyyən kateqoriyaya bölünür:
"Təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşır və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, ifrat təhülükəli- hidrometroloji hadisə katoqoriyasına aid olan prosesdir. Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, hidrometroloji hadisələr təhlükəli və xüsusi təhlükəli hidrometroloji hadisə kateqoriyasına aid olur. Onun sözlərinə görə, ötən gün ölkə ərazisində olan hadisə xüsusi təhlükəli kateqoriyaya aiddir.

Femida.az

Açar sözlər:

Oxunub: 495


Oxşar xəbərlər