Dəhşətli qətl: arvadını yaba ilə deşik-deşik etdi


01:44     16 May 2015 yaba%20ile%20desik%20desik.jpg

Hadisənin səbəbi araşdırılır.


Bu gün Kürdəmir rayonunda dəhşətli qətl törədilib. Məlumata görə, rayonun Muğanlı kəndində 1973-cü il təvəllüdlü Qasımov Vəfa Rəhman oğlu həyat yoldaşı, 1975-ciildə anadan olmuş Qasımova Raifə Bəylər qızını yaba ilə qətlə yetirib.

42 yaşlı kişi kəndin yaxınlığındakı torpaq sahəsində arvadına yaba ilə çoxsaylı zərbələr endirib. Başından və bədəninin digər nahiyələrindən çoxsaylı deşilmiş xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, qətli törədən şəxs tutulub.

Açar sözlər:

Oxunub: 587