Gürcüstanda qızılca epidemiya həddinə çatdı


14:49     18 Yanvar 2019 19_01_18_1547808605.jpg


Gürcüstanda bu ilin əvvəlindən qızılcaya 335 yoluxma halı qeydə alınıb. Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko bildirib.


O deyib ki, ölkədə qızılcaya yoluxma epidemik həddə çatıb və bu xəstəliyə qarşı yeganə mübarizə yolu vaksinasiyadır:

“Hökumətin bugünkü iclasında qəbul olunacaq qərara əsasən, qızılcaya qarşı peyvənd bütün vətəndaşlar üçün ödənişsiz olacaq”.

Nazir qeyd edib ki, hökumətdə qızılca epidemiyasının yayılmasına qarşı kompleks tədbirlər müzakirə olunur və bu xəstəliyə qarşı peyvəndin məcburi olacağı istisna olunmur.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda yalnız 40 yaşa qədər olan vətəndaşlar üçün qızılcaya qarşı peyvənd pulsuz olub. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 353