Erməni zabitlər qəzaya düşdü - 1 ölü, 1 yaralı
15:51 18 Yanvar 2019
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində avtoqəzalar nəticəsində ölən və yaralananların sayı artmaqdadır.
Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Madagiz yaşayış məntəqəsində yerləşdirilən artilleriya divizionunda xidmət edən iki zabitin olduğu avtomobil qəzaya uğrayıb. Hərbi polisin polkovnik Yengibaryana məruzəsində deyilir ki, zabit idarə etdiyi avtomobillər sürət həddini aşdığından idarəetməni itirib və yaşayış məntəqəsinin girəcəyində yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində hər iki zabit ağır bədən xəsarətləri alıb. Onlardan biri yolda ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb və hərbi polis tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 313
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib