Təxliyə edilmiş neftçilər dənizə qaytarılır


16:04     18 Yanvar 2019 neftci.PNG

“Kəskin hava xəbərdalığından sonra təxliyyə edilmiş neftçilər yanvarın 18-də günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayıblar və fəaliyyətlərini adi qaydada davam etdirirlər”.


Bunu Femida.az-ın sorğusuna cavab olaraq SOCAR-dan bildiriblər.

Rəsmi məlumatda qeyd olunub ki, dəniz özüllərində vəziyyət stabildir:

“Hava şəraiti tədricən normallaşır. Ötən gecə dəniz özüllərimizdə qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) havanın kəskin pisləşəcəyilə bağlı xəbərdarlığından sonra yanvarın 15-dən etibarən ən pis ehtimallara qarşı sığortalanaraq, neftçilərin təhlükəsizliyini təmin etmək və insan tələfatının qarşısını almaq üçün SOCAR maksimum mümkün olan dərəcədə qabaqlayıcı tədbirlər görüb, istehsalat qəzalarının baş verməməsi üçün zəruri olan növbətçilərdən başqa demək olar ki, bütün işçilərini təxliyə edib. Ümumilikdə 2500-ə yaxın neftçi sahilə çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 436


Oxşar xəbərlər