Vilayət Eyvazov Türkiyənin daxili işlər nazirinin müavini ilə görüşüb
16:11 18 Yanvar 2019
Vilayət Eyvazov Türkiyənin daxili işlər nazirinin müavini ilə görüşüb.
Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkədə səfərdə olan Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Femida.az- a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını qonaqlara çatdıran V.Eyvazov DİN-nin funksional vəzifələri və fəaliyyət istiqamətləri, həyata keçirilən fəal hüquq mühafizə siyasəti, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizənin vəziyyəti, mövcud kriminogen durum barədə onlara məlumat verib.
Qeyd olunub ki, əməliyyat şəraitinin tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Polis general-leytenantı Vilayət Eyvazov cənab İsmail Çataklının Azərbaycana ilk rəsmi səfərinin iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın, qarşılıqlı faydalı işbirliyinin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər nazirinin müavini respublikamıza ilk səfərindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib .
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib.
Oxunub: 825
Oxşar xəbərlər
- Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ
- Vilayət Eyvazov mayoru yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirib
- Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək
- Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov baş leytenanta VƏZİFƏ VERDİ
- Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı