Ermənistanı qurd basıb


18:27     18 Yanvar 2019 19_01_18_1547816042.jpg

Son 10 il ərzində Ermənistanda exinokokkoza yoluxma halları artıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Cərrahlar Assosiasiyasının rəhbəri Muşex Miricanyan deyib.


O bildirib ki, bu xəstəliyə yoluxma halları son iki ildə daha çox artıb:

“Əgər, 90-cı illərdə qaraciyər exinokokkozu ilə əlaqədar ayda bir dəfə əməliyyat edirdimsə, indi 9-10 əməliyyat olur”.

Qeyd edək ki, exinokokkoz qaraciyər, ağciyər və digər daxil orqanlarda exinokokk qurdlarınn səbəb olduğu xəstəlikdir.

Açar sözlər:

Oxunub: 355