Yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb


17:26     18 Yanvar 2019 19_01_18_1547817121.jpg

Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.
Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumatda bildirilir ki, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat aşağı salınmışdı.

Açar sözlər:

Oxunub: 395