Bakıda film kimi olay: Sərnişin helikopterlə xilas edildi


18:31     18 Yanvar 2019 2019/01/2d8c4a00-4d94-474f-b5c1-e77c6301a694_1547820711.jpg


Ötən gecə “Şahdəniz Bravo” platformasına halı pisləşən şəxs əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstəxanaya çatdırılıb. “Silk Way Helicopter Services” təyyarəsi sərnişinin təcili tibbi təxliyəsi üçün uçuş həyata keçirib.

Femida.az xəbər verir ki, bu barədə “Silk Way Helicopter Services”dən verilib.

Bildirilib ki, uçuş bütün struktur bölmələrin fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

Femida.az

Açar sözlər: #sərnişin   #təyyarə   #xəstə  

Oxunub: 659