Azərbaycanda sərnişin helikopterlə xilas edildi


19:38     18 Yanvar 2019 2019/01/773B2FB0-42E6-4EF3-B765-04DF60E634C0_1547822242.jpeg

“Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.

“Silk Way Helicopter Services”in mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 370