Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir - Rəsmi Bakıdan Rusiya XİN-ə cavab

Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir - Rəsmi Bakıdan Rusiya XİN-ə cavab


19:40     18 Yanvar 2019 XIN.jpg

Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

Femida.az -ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair 18 yanvar 2019-ci il tarixli mətbuat üçün məlumatına cavab olaraq bildirib.

Nazirlik bəyan edib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi.

"Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır.

Bir daha bildiririk ki, Rusiya XİN Mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək",- deyəXİN-in yaydığı məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 478