Sınaq imtahanlarına qeydiyyat başa çatır
20:25 18 Yanvar 2019
Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 4-də başlayıb. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır.
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
- Sınaq imtahanlarının vaxtı açıqlandı
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanı başlayır - Qiyməti 3 manatdır
- Sınaq imtahanları başlayır
- Sınaq imtahanlarına qeydiyyat başlayıb
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanına qeydiyyat davam edir
- Sınaq imtahanı keçiriləcək - Dövlət qulluğuna qəbul