Xəzərdə suyun səviyyəsi endi


20:59     18 Yanvar 2019 xezer%20azvision.az%20ozel.jpg

Xəzər dənizində suyun səviyyəsi normadan aşağı düşüb. Ötən əsrin axırlarından başlayan həmin proses indi də davam edir.

Femida.az Azərtac- a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbə müdiri Zabit Allahverdiyevin verdiyi məlumata görə, bunun səbəbi su hövzəsində buxarlanma intensivliyinin artması və qlobal iqlim dəyişikliyi ilə əlaqədardır:

“2009-cu ildən başlayaraq indiyə qədər Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. İqlim dəyişmələrindən asılı olaraq suyun səviyyəsində də azalmalar var. 1995-ci ildə Xəzərin səviyyəsinin ən yüksək həddi ilə 2017-ci ilin müşahidə məlumatları arasında fərq 1 metr 27 santimetr təşkil edir”.

Alim deyib ki, suyun səviyyəsindəki azalma canlı aləmə də mənfi təsir edir: “Xəzər dənizinin səviyyəsinin qalxması və enməsi dəniz ekosisteminə, suda yaşayan canlılara təsirsiz ötüşmür. Suyun səviyyəsi düşəndə, suda istiləşmə baş verəndə onların qida resurslarının tükənməsinə səbəb olur”.

Onun verdiyi məlumata görə, dənizin suyunun azalması və sahil zolaqlarında suyun çəkilməsi şoran torpaqların çoxalması ilə də nəticələnir.

Femida.az

Açar sözlər:

Oxunub: 463