“Sarı jiletlilər”dən xəbərdarlıq - “Daha böyük aksiya olacaq”
22:07 18 Yanvar 2019
“Sarı jiletlilər” Parisdə növbəti daha böyük aksiya keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, mitinqçilər yanvarın 19-da hərəkətə keçəcək. Etiraz aksiyaları Tuluza, Bordo, Lilli Ruan, Marsel və digər şəhərlərdə keçiriləcək.
Xatırladaq ki, “sarı jiletlilər”in yanvarın 12-də keçirilən aksiyası zamanı 240-dan çox etirazçı tutulmuş, 24 nəfər xəsarət almışdı.
Oxunub: 370