Türkiyə daha bir “UPA” vurdu


00:18     21 Oktyabr 2015 upa4.jpg

Türkiyə - Suriya sərhədində daha bir uçan pilotsuz aparat (UPA) vurub.


AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, UPA Türkiyənin Hatay vilayətində Kumlu rayonu ərazisində yerə düşüb.

Təhlükəsizlik qüvvələri hadisə yerində təcili əməliyyatlar keçirməyə başlayıb.

Qeyd edək ki, oktyabrın 16-ı Türkiyə Hərbi Hava qüvvələri (HHQ) ölkə sərhədlərini pozan pilotsuz uçan aparatı vurmuşdular.

Elə həmin vaxt Türkiyə Baş Qərargahın yaydığı məlumata görə, ölkə hakimiyyəti bundan sonra hava sərhədlərinin pozulmasına göz yummayacaq.

Açar sözlər:

Oxunub: 1454