Küləkdən zərərçəkən şəxslərə dəyən ziyanı kim ödəməlidir? - Hüquqi yardım


09:53     19 Yanvar 2019 kulekhava.jpg

Ötən gün əsən güclü külək Bakıda yenə bir sıra fəsadlar törətdi. Külək nəticəsində xəsarət alan da oldu, əmlakına ziyan dəyən də. Bu vəziyyətdə vətəndaşları bir sual maraqlandırır: zərərçəkən şəxs onun sağlamlığına və ya əmlakına dəyən ziyanı kimdən tələb edə bilər?



Yanvarın 16-dan 17-ə keçən gecə başlayan güclü külək insanların xəsarət almalarına və dağıntılara səbəb oldu. Bakıda reklam lövhəsinin aşması nəticəsində Vəli Məmmədov adlı sakinin omba sümüyü sındı. Belə bir vəziyyətdə isə bir sual ortaya çıxır: zərərçəkən şəxs onun sağlamlığına dəyən ziyanı kimdən tələb edə bilər?

Sığorta məsələləri üzrə ekspert Tural Şükürovun sözlərinə görə, kasko sığortası olan avtomobillərin sürücüləri və sığortalı daşınmaz əmlakların sahibləri də onlara dəyən ziyanı tələb edə bilərlər.





Qeyd edək ki, vətəndaş daşınmaz əmlakının sığortalanması üçün minimum 50 manat ödəməklə maksimum 25 min manata qədər ödəniş ala bilər. Sığorta hadisələrinə fövqəladə hallar də daxildir.


Femida.az

Açar sözlər:

Oxunub: 1854


Oxşar xəbərlər