Miqrantları daşıyan gəmi batdı


10:32     19 Yanvar 2019 1442775749_miqrantfaciesi.jpg

Aralıq dənizinin Liviya sahillərində göyərtəsində 20 miqrantın olduğu gəmi batıb.


Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, miqrantları xilas etmək üçün İtaliya donanmasına məxsus təyyarə köməyə gəlib.

Öncə dənizə 2 rezin qayıq atılıb, daha sonra xilasedici gəmilər hadisə yerinə çağırılıb. İlk yardım sayəsində 3 nəfər xilas edilib.

Məlumata görə, 3 nəfər ölüb, 14 nəfər isə itkindir.

Femida.az

Açar sözlər:

Oxunub: 398