Qanunsuz saxlanılan silahlar götürülüb


11:12     19 Yanvar 2019 silah.PNG

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülmüşdür. Faktla bağlı RPŞ-də araşdırma aparılır

Femida.az

Açar sözlər:

Oxunub: 388