Bakıda səfirlik maşını qəzaya düşdü - 5 yaralı


01:10     21 Oktyabr 2015 sefirlik%20masini.jpg

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayon H.Ələsgərova küçəsində 1989-cu il təvəllüdlü Ağamirzə Ağayev idarə etdiyi “Wolksfagen Passat” markalı avtomobillə işıqforun qırmızı işığında keçib və digər yolla hərəkətdə olan İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə məxsus, Qədir Əliyevin idarə etdiyi “Mercedes”i vurub. 26 yaşlı sürücünün idrəetməsindən çıxan avtomobil daha sonra yolun kənarında dayanmış “Hyundai”a çırpılıb.

Nəticədə səfirliyə məxsus olan “S00306” nömrə nişanlı avtomobildə olan İran vətəndaşları: 40 yaşlı Həmid Rza Kəşvəri və 1981-ci il təvəllüdlü Peyman Cəfəri, eləcə də A.Ağayevin sərnişinləri: Hüseyn Rzayev, Azad Abdullayev və Səxavət Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

A.Ağayev ilkin ifadəsində bildirib ki, ehtiyatsızlıq nəticəsində işıqforun qırmızı işığından keçib və qəza baş verib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1212