Miqrantlar tunel qazaraq ABŞ-a keçiblər


13:37     19 Yanvar 2019 torpaq%20ucqunu%20altinda.jpg

Bir qrup miqrant Meksikadan ABŞ-a keçmək üçün maraqlı üsula əl atıb.


376 mühacir Meksika sərhədini qazaraq ABŞ ərazisinə keçib. ABŞ Gömrük və Sərhəd Xidmətinnin məlumatına görə, miqrantlar 3,6 metr hündürlükdəki metal divarın altından yarım metr enində yeri qazıblar və ABŞ ərazisində sərhədçilərə təslim olublar. Hadisə yanvarın 14-ü baş versə də, bu barədə məlumat mediaya yeni çatdırılıb.

ABŞ Gömrük və Sərhəd Xidmətinin nümayəndələri onu da qeyd edib ki, 376 nəfərdən 179-u uşaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 474