Bədənimizdə yaşayan 100 ədəd təhlükə! - Onlar hansı halda xəstəliyə çevrilir?


14:11     19 Yanvar 2019 19_01_19_1547889508.jpg


Üzdə və bədəndə olan xallar əvvəllər gözəllik rəmzi hesab olunurdusa, indi insanlar ondan qurtulmaq üçün müxtəlif üsullara əl atırlar. Estetik görüntüsü mənfi təsir bağışladığı kimi, bu xallar sağlamlıq üçün də ciddi təhlükə hesab oluna bilər.

Bəs xallar nədən yaranır və nə dərəcədə təhlükəlidir?

Femida.az medicina.az-a istinadən bildirir ki, bu ləkələr anadangəlmə olmaqla yanaşı, sonradan da meydana çıxa bilər. Belə hesab olunur ki, normal halda insanın bədənində 100-dən çox xal olmamalıdır.

Tibbi nöqteyi nəzərdən xalların sayı insana irsən ötürülür. Bir çoxları bədənində olan xallara əhəmiyyət vermirlər. Amma həkimlər bəzi xalları onkoloji xəstəliklərin başlanğıcı kimi qiymətləndirirlər. Statistikaya görə, bütün şiş növləri içərisində ən aqressivi hesab edilən melanoma, yəni dəri xərçəngi 70% hallarda xallardan inkişaf edir.

Hansı xallar təhlükəlidir?

Bəzən elə olur ki, bədəndə olan xallar üz qırxanda, saçları darayanda, paltar geyinəndə və s. hallarda insana mane olur. Bu səbəbdən də həmin xallar tez-tez mexaniki təsirə məruz qalaraq zədələnirlər. Əgər xallar ağrıyarsa, qaşınarsa, iltihablaşarsa, qanayarsa və böyüyərsə o zaman onların cərrahi əməliyyatla kənarlaşdırılması vacibdir. Məhz bu cür xallar da melanomaya çevrilir.


ƏTRAFLI
Redbull
Təhlükəli xalı necə təyin etmək olar?

1.Assimetriya - xalı nəzəri olaraq ortadan iki hissəyə ayırın. Hər 2 hissə bir birinə assimetrik olduqda xal təhlükəli hesab edilir.
2.Xalın kənarları kələ kötür olmamalıdır.
3.Rəngində dəyişiklik baş verərsə, bu, təhlükədən xəbər verir.
4.Ölçüsü 6 mm-dən çox olmamalıdır.
5.Qaşınma, çat, qanama, xalın qəflətən itməsi təhlükəli hesab olunur.

Əgər siz bu əlamətlərdən heç olmasa biri ilə qarşılaşmısınızsa, onda təcili olaraq həkimə müraciət edərək histoloji analiz verməlisiniz.

Açar sözlər:

Oxunub: 551


Oxşar xəbərlər