20 Yanvar günü hava yağmursuz olacaq
14:18 19 Yanvar 2019
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentindən Femida.az -a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava ssasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Oxunub: 402
Oxşar xəbərlər
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- 2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
- 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər
- 20 ilə yaxın həbsdə olan qadından heroin götürüldü
- 2022-ci ildə Şuşada DOST Mərkəzi yaradılacaq
- 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq olunub
- 20 azərbaycanlı Suriyadan vətənə gətirildi - RƏSMİ
- 20 günün qəza statistikası: 43 ölü, 16 yaralı