Qaçqınkomun 100 əməkdaşı hərbçilərə qan verib

"Qaçqınkom"un 100 əməkdaşı hərbçilərə qan verib


17:12     19 Yanvar 2019 19_01_19_1547903658.jpg

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ilk dəfə “Qanımız bir, canımız bir” adlı könüllü qanvermə aksiyası keçirilib.


Dövlət Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərin sağlamlığının qorunmasına kömək etməkdir.

Aksiyanı Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 20 həkimdən ibarət briqadası aparıb. Aksiya çərçivəsində könüllü donor kimi Dövlət Komitəsinin 100 nəfərə yaxın əməkdaşı qan verib.

Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 236