Günəş ətrafında nəhəng dairə yaranıb - Bakıdan görünür (FOTO)


18:24     19 Yanvar 2019 19_01_19_1547908018.jpg

Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

Bu hal bir neçə dəqiqə davam edib.

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Xatırladaq ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 569