20 Yanvar əlillərinə maddi yardım verildi

20 Yanvar əlillərinə maddi yardım verildi


18:37     19 Yanvar 2019 1420399378_pul-manat-cenubnews.jpg

/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardımlar verib.

Bu barədə Femida.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bildirilib ki, hazırda Azərbaycan Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar əlilləri - I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.

Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar əlilləri və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Nazirlikdən vurğulanıb ki, bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb: "Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar əlilləri daim diqqətdə saxlanılır".

Femida.az

Açar sözlər:

Oxunub: 212