“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb


19:21     19 Yanvar 2019 19_01_19_1547911388.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Agentlikdən Femida.az -a verilən məlumata görə, ASAN Könüllərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib. Həmçinin regionlarda şəhidlər xiyabanları ziyarət olunub, Heydər Əliyev Mərkəzləri ilə birgə tədbirlər və fləşmoblar təşkil edilib.

Eyni zamanda, ASAN Könüllüləri “Qərənfillərin ağladığı gün” adlı əsəri səhnələşdirəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 191