Bakıda 4 nəfər liftdə qaldı
20:04 19 Yanvar 2019

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Əməliyyatlar başa çatıb.
Femida.az
Oxunub: 176