Türkiyədə hərbi helikopter qəza enişi edib


21:17     19 Yanvar 2019 2019/01/sikor-154791816921-18-06-_1547918310.jpg

Türkiyədə Ankara-Samsun marşrutu ilə uçan “Sikorsky” tipli hərbi helikopter qəza enişi edib.

Azvision.az xəbər verir ki, buna səbəb havadakı qatı duman olub.

Göyərtəsində 2 pilot və 5 hərbçi olan helikopter Çorum vilayətinin Sungurlu rayonu ərazisində eniş etmək məcburiyyətində qalıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Açar sözlər:

Oxunub: 494