20 yanvar faciəsi İstanbul metrosunda - Fotosərgi
09:11 20 Yanvar 2019
Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə İstanbulun “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub.
Fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidindədir.
İki gün davam edəcək sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, konsulluq əməkdaşları, Türkiyənin öndəgedən media nümayəndələri iştirak edib.
Baş konsul Məsim Hacıyev "Report"a açıqlamasında bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da, tanıtmaqdır.
Metrodan istifadə edən sərnişinlər sərgidə nümayiş olunan fotoşəkilləri ürək ağrısıyla izləyiblər. Onlar 20 Yanvar faicəsini törədənləri hiddətlə qınayıb, dünyanı bu vəhşiliyi görməyə çağırıblar. / Report
Femida.az
Oxunub: 1319
Oxşar xəbərlər
- İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var
- Rusiya İstanbulda terror aktını maliyyələşdirən şəxsi yaxalayıb
- İstanbulda terror aktının qarşısı alınıb, saxlanılanlar var
- İstanbulda partlayış baş verib
- Putinin köməkçisi: “İstanbul danışıqları konstruktiv keçib”
- Kreml Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib
- Bu gün İstanbulda Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçiriləcək
- Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
- Bakı-İstanbul reysi ləğv edilib
- Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula təxliyə ediləcək