Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi


10:45     20 Yanvar 2019 19_01_20_1547965626.jpg

Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb.

Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: yanğın   FHN  

Oxunub: 413