Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı


12:50     20 Yanvar 2019 19_01_20_1547974206.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Trend-ə istinadən bildirir ki, hadisə "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında baş verib.

Belə ki, sərnişin avtobusu təxminən 58-60 yaşlı qadını vurub. Hadisə nəticəsində piyadanın ayağı sınıb. Yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Açar sözlər:

Oxunub: 441


Oxşar xəbərlər