"Neft daşları"nda platforma çökdü


13:47     20 Yanvar 2019 19_01_20_1547977699.jpg

"Neft daşları" yatağında 1047 saylı platforma çöküb.

BakuPost-un məlumatına görə, hadisə yanvarın 17-də - Azərbaycanda təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlığın edildiyi gün baş verib. Hadisə zamanı platformada heç kim olmayıb. Çünki ifrat təhlükəli hava şəraiti xəbərdarlığından sonra SOCAR 2500-dən çox neftçini yanvarın 16-da təxliyə etmişdi. Bu addım sayəsində platforma çökərkən faciə yaşanmayıb.

Xatırladaq ki, yanvarın 17-də açıq dənizdə küləyin sürət saniyədə 35 kilometri ötüb. Günün ikinci yarısı dalğanın hündürlüyü 7-9 metr olub.

Açar sözlər:

Oxunub: 672