İnsan papilloma virusu nədir? - Bəzi növləri xərçəngə səbəb olur
14:51 20 Yanvar 2019
İnsan papilloma viruslarının sərbəst yaşama qabiliyyətləri olmadığından onların "sahib” orqanizmdəki həyat fəaliyyətləri öyrənilib. Hazırda papilloma viruslarının insanda 100 dən çox tipinə rast gəlinir. Əlamətləri virusun növlərindən asılı olaraq müxtəlifdir. Əksər hallarda heç bir əlamətlə özünü göstərmir. Buna səbəb immun sistemin nəzarəti altında olmasıdır. Virusun müəyyən növləri papilloma, digərləri yastı xallar və kandillomaların yaranmasına gətirib çıxarır. Bəzi tipləri isə xərçəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Bunlar hamısı öz növbəsində xoşxassəli şişlərdir.
Femida.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Elşad Novruzov məlumat verib.
Mütəxəssis bildirib ki, əgər hamilə qadın bu virusa yoluxubsa, doğuş zamanı virus körpəyə də keçir.
E.Novruzov virusa yoluxmanın səbəbləri arasında qorunmamış cinsi əlaqənin olması, zəifləmiş immunitet, zərərli vərdişlər, xroniki stress, qrip, mədə-bağırsaq sisteminin xəstəlikləri, hamam, sauna kimi rütubətin çox olduğu yerlərdə həddən ziyadə keçirməyin yer aldığını deyib.
Oxunub: 1897
Oxşar xəbərlər
- İnsandan 8 kq ət qoparan silah - NSV Bakıdadır - VİDEO
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib
- İnsan ildə neçə dəfə koronavirusa yoluxa bilər? – Həkimdən cavab
- İnsan alveri ilə mübarizəyə dair illik məruzə qəbul edildi
- İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
- İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib
- İnsanları "qaziyəm" deyərək aldadan şəxs saxlanıdı - VİDEO
- İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək
- İnsan alverinə qarşı mübarizəyə dair hesabat parlamentdə müzakirə olunub
- İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator parlamentdə çıxış edəcək