Afrində güclü partlayış: 4 ölü, 11 yaralı


16:02     20 Yanvar 2019 19_01_20_1547980056.jpg

Afrində valilik binası qarşısında partlayış baş verib.

Femida.az xəbər verir ki, səhər saatlarında Afrində partladıcı qurğu yerləşdirilmiş maşın təhlükəsizlik qüvvələrinin nəzarəti ilə zərərsizləşdirilib.

Təhlükəsizlik tədbirlərinin artırılmasına baxmayaraq, terrorçular Afrin valiliyinin qarşısında irəliləyən avtobusu partlatmağa nail olub.

Partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 578