FHN iki azyaşlını xilas etdi


09:06     21 Yanvar 2019 fhn%20bagli%20qapi.jpg

Mingəçevir şəhərində iki azyaşlı bağlı qapı arxasında qalıb. Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 351